İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov Moskvada xəstəxanaya yerləşdirilibmiş

758 31.12.2025 19:37 Gündəm A A

Ramzan Kadırovun dekabrın 24-dən 25-nə keçən gecə — Vladimir Putinin sədrliyi ilə keçiriləcək Dövlət Şurasının iclası ərəfəsində Moskvada təcili şəkildə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Novaya qazeta Yevropa” nəşri öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, Çeçenistan rəhbəri əvvəlcə reanimasiyaya yerləşdirilib, daha sonra isə evə buraxılıb.

Mənbənin iddiasına əsasən, Kadırov həmin vaxtdan bəri ictimai tədbirlərdə görünmür. Onun səhhəti ilə bağlı rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib. Qeyd olunur ki, Dövlət Şurasının iclası Çeçenistan nümayəndəsi olmadan keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR