İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəfah keçid məntəqəsi açıldı - Qəzza ilə Misir arasında hərəkət başlayır

474 01.02.2026 12:48 Dünya A A

Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah keçid məntəqəsi uzun illərdən sonra fəaliyyətini bərpa edib.

Musavat.com xəbər verir ki, İsrail məhdud hərəkətin bərpasını elan edib və sərhəd yaxın gələcəkdə daha geniş şəkildə açılacaq.

Keçid məntəqəsinin açılması İsrail-HƏMAS atəşkəs razılaşmasının həyata keçirilməsi baxımından mühüm addım hesab olunur. İsrailin hərbi agentliyi COGAT bildirib ki, keçid məntəqəsi sınaq məqsədilə açılıb və ərazi sakinləri yaxın zamanda sərhədi keçə biləcəklər.

Məlumata görə, Rəfah sərhədindən fələstinli təhlükəsizlik əməkdaşları keçərək Avropa İttifaqının müşahidə missiyasına qoşulublar. Eyni zamanda Misir tərəfdən keçən təcili yardım maşınları Qəzzadan xəstə və yaralıları çıxarıb.

Qəzza administrasiyasının rəhbəri açıqlayıb ki, sərhəd hər iki istiqamətdə hərəkət üçün bazar ertəsindən etibarən açılacaq və sakinlər daha sərbəst hərəkət edə biləcəklər.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR