"Rəqsanə, bundan da pis günə qalasan"
Müğənni-aktyor Sərxan Kərəmoğlu ilə Rəqsanə İsmayılova arasında qalmaqal yenidən alovlanıb.
Musavat.com xəbər verir ki, Sərxan "Tarixin bir günü" verilişində qonaq olub. O, Aysunun toyu zamanı sənətçi arasında yaranan qalmaqaldan danışıb:
"Mən Aysunun ilk ailə qurduğu bəyə güvənmədiyimi demişdim. Çünki onu da, atasını da tanıyıram. Aysunun ailə qurmaq, ana olmaq istəyinə inanırdım. Ona görə demişdim ki, o toya inanmıram.
Onda Rəqsanə mənimlə düşmən oldu ki, sən mənim sözümə inanmırsan, deyirsən ki, qızım yalandan ərə gedib. Belə insana mənim sözüm o ola bilər ki, bundan da pis günə qalasan. Çünki mənə şər atır. Mən toyuna saxta desəydim, onun toyunda niyə yeyib-içib əylənirdim? İndidən sonra o mənə nə də desə, ona qarşı fikrim dəyişməyəcək".
Könül
Musavat.com






