İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqsanənin qızı ilk dəfə atası ilə - VİDEO

10647 22.01.2026 14:07 Şou-biznes A A

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın atası Yaşar bəyin ilk dəfə  olaraq görüntüləri yayımlanıb.

Musavat.com xəbər verir ki, sözügedən görüntülər "Rəngarəng" verilişində efirə gedib.

Süni intellektlə Aysunla atasının fotosu və videosu hazırlanıb. 

Qeyd edək ki, ötən gün Aysun İsmayılova 28 ildən sonra ilk dəfə atasının səsini eşidib. İfaçının atası Yaşar bəy canlı efirə zəng edərək onunla danışıb. Atasının səsini eşidən Aysun göz yaşlarını saxlaya bilməyib. Qızı ilə görüşmək istədiyini bildirən Yaşar bəy Aysunun adının Ayşə olduğunu deyib.

Aysun İsmayılova illər əvvəl atasının qapısına getsə də, onu qəbul etmədiklərini bildirmişdi.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR