İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmən ELAN EDİLDİ: İrana HÜCUM BAŞLANIR, Xamenei bunkerə GÖNDƏRİLDİ, SEPAH 2 ölkəyə HÜCUMA KEÇİR

1145 26.01.2026 10:49 Gündəm A A

İranın Ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən mümkün zərbə ilə bağlı hərbi-təhlükəsizlik qurumlarından gələn xəbərdarlıqlara görə yeraltı sığınacaqda (bunkerdə) gizlənir.

Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr bildirib ki, bunker İranın paytaxtı Tehran şəhərində yerləşən bir neçə tunellərdən ibarətdir.

Qeyd edilib ki, onun oğlu Məsud Xamenei ali rəhbərin gündəlik işlərinin idarəsini öz üzərinə götürüb və rejimin icraedici hakimiyyət orqanları ilə əsas əlaqə kanalı kimi çıxış edir.

Tehranda ABŞ-nin hücum ehtimalı yüksək qiymətləndirilir. Buna səbəb ABŞ Prezidenti Donald Trampın yanvarın 23-də Amerika hərbi donanmasının bu ölkənin yaxın sularına doğru hərəkət etdiyini bəyan etməsi olub.

Yüksək vəzifəli iranlı rəsmi ABŞ tərəfindən istənilən hücumun İrana qarşı total müharibə kimi qiymətləndiriləcəyini deyib. İran hakimiyyəti son günlər bu cür ritorikanı davamlı təkrarlayır.

Yerli KİV yazıb ki, Əli Xameneiyə mümkün sui-qəsd cihadın elan edilməsinə səbəb ola bilər. İran Prezidenti Məsud Pezeşkian da xəbərdarlıq edərək bildirib ki, ali rəhbərin hədəfə alınması İran xalqına qarşı total müharibə demək olacaq.
“İsrail ordusu ABŞ-nin mümkün hücumu halında İrana cavab zərbəsinə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının rəisi Rafi Milo bildirib.
Milo Yaxın Şərq boyunca ABŞ hərbi qüvvələrinin gücləndirilməsinə diqqət çəkərək deyib:

“ABŞ İrana hücum etmək qərarı verəcəyi təqdirdə, İsrail ordusu istənilən eskalasiyaya qarşı ən yüksək hazırlıq səviyyəsində olacaq”.

O əlavə edib ki, İsrail “Hizbullah” terror təşkilatının genişmiqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağını da diqqətlə izləyir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR