İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı və demokratlar ticarət nazirinə istrefa tələb etdilər

303 10.02.2026 09:36 Dünya A A

ABŞ Konqresinin hər iki partiyadan olan üzvləri ticarət naziri Hovard Lutniki Ceffri Epşteynlə keçmiş işgüzar əlaqələri səbəbindən istefaya çağırıb.

Musavat.com xəbər verir ki, demokrat senator Adam Şiff (Kaliforniyadan) yazılı açıqlamasında Lutnikin "Ceffri Epşteynlə əlaqələri barədə yalan danışdığını" vurğulayıb.

Sənəddə qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyinin maliyyəçinin işi ilə bağlı əvvəllər dərc etdiyi materiallar Lutnikin Epşteynlə "uzun illər işgüzar əlaqələri olduğunu və əlaqə saxladığını" göstərir, baxmayaraq ki, əvvəllər bunu "dəfələrlə inkar edirdi". Şiff əlavə edib ki, mövcud dəlillər Lutnikin "hətta Epşteynin şəxsi adasına baş çəkməyi planlaşdırdığını" göstərir: "Lutnik bizim Ticarət nazirimiz olmamalıdır; o, dərhal istefa verməlidir".

ABŞ Nümayəndələr Palatasının üzvüTomas Massi (Kentukkidən Respublikaçı) və Robert Qarsiya (Kaliforniyadan Demokrat) da digər qanunvericilərlə birlikdə əvvəllər Latnikin istefa verməli olduğunu vurğulayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR