İnsanlara hürriyət, millətlərə istiqlal!

RİNN-də Çin nümayəndələri ilə görüş keçirildi FOTO

395 10.12.2025 15:39 Ölkə A A

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür. 

Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, region ölkələri ilə fəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəlib.

Görüşdə, həmçinin Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə Çin tərəfinə məlumat verilib. Qeyd edilib ki, layihə regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.

Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulayıblar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR