İnsanlara hürriyət, millətlərə istiqlal!

“Robotlara sənin bədənin lazımdır”: süni intellekt insanları...

1489 05.02.2026 03:46 Maraqlı A A

Süni intellekt artıq təkcə mətn yazmır, real dünyada görüləcək işlər üçün insanları da “işə götürür”.

Musavat.com xəbər verir ki, Rentahuman.ai adlı platformada başladılan yeni eksperiment çərçivəsində İİ-agentlər fiziki iştirakı tələb edən tapşırıqlar üçün insanlarla əməkdaşlıq edir.

Bu, robotların üsyanı ilə bağlı elmi-fantastik ssenari deyil, sırf praktik tətbiqdir. Avtonom süni intellekt agentləri alqoritmlərin bacarmadığı işlər – məsələn, saytların robotlara qarşı qorunmasını aşmaq, real məkanda icra tələb edən tapşırıqları yerinə yetirmək üçün insanları cəlb edir.

Platformada istifadəçilər öz xidmətlərini təklif edir və saatlıq qiyməti özləri müəyyənləşdirirlər. Hazırda “bədənin icarəsi”nin orta qiyməti təxminən 50 dollar/saat səviyyəsindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR