İrəvan “Tramp marşrutu” layihəsində iştirakla bağlı Moskvanın iddialarını rədd edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, bu layihə ilə bağlı Rusiya ilə heç bir müzakirə aparılmır.
Rusiya Xarici İşlər Nazirliyinin “kömək etməyə hazırıq” açıqlamasına o, ironik cavab verib: "Onlar üçün çox şadam".
Rubinyan həmçinin İranın Ali Liderinin müşavirinin şərhlərini Tehranın mövqeyi olmadığını vurğulayıb. Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi marşrutu problem yox, fürsət kimi görür və İrəvanın rəsmi mövqeyi də məhz budur.
Musavat.com






