ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton bu əməliyyat nəticəsində 50 milyon dollar vəsaitə qənaət edib.
Rubio bildirib ki, məhz bu məbləğ Maduronun həbsinə kömək edəcək məlumat üçün əvvəlcədən mükafat kimi müəyyənləşdirilmişdi. Lakin ABŞ bu vəsaiti ödəmədən məqsədinə nail olub.
ABŞ dövlət katibi əlavə edib ki, Maduronun hakimiyyətdən dinc yolla getməsi üçün ona dəfələrlə “çox-çox səxavətli” təkliflər edilib. Lakin Rubionun ifadəsinə görə, Venesuela lideri bu təklifləri ciddi qəbul etməyib.
“Biz ona dəfələrlə çıxış yolu təklif etdik, amma Nikolas sadəcə vaxt uzatdı və məsuliyyətsiz davrandı”, – deyə Rubio qeyd edib.
Musavat.com






