ABŞ dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə görüş öncəsi Kiyevin gələcəyinə dair qəti mövqe ortaya qoyub. O, ABŞ-ın Ukraynanın “suveren, müstəqil və inkişaf edən dövlət” kimi qalacağına təminat verdiyini bildirib.
Musavat.com xəbər verir ki, Rubio görüşün məqsədinin sadəcə döyüşləri dayandırmaq olmadığını vurğulayıb. Onun sözlərinə görə, söhbət müharibənin elə şəkildə yekunlaşdırılmasından gedir ki, ukraynalılar müstəqil və suveren dövlət kimi inkişaf yoluna qədəm qoya bilsinlər. Dövlət katibi əlavə edib ki, ölkənin yenidən qurulması ilə məhdudlaşmamaq, həm də fövqəladə iqtisadi tərəqqi dövrünə daxil olması əsas hədəflərdəndir.
Rubio qarşıdakı danışıqların sülh razılaşmasının əldə olunması istiqamətində “xeyli irəliləyiş” gətirəcəyinə inandığını da deyib.
Musavat.com






