İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio və Vitkoff bir aydır Rusiya və Ukrayna ilə işləyirlər – Ağ Ev

432 20.11.2025 23:23 Dünya A A

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Vaşinqtonun təklif etdiyi böhranın həlli planı ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayırlar.

Musavat.com xəbər verir ki, məlumatı Ağ Evin mətbuat katibi Kerolin Levitt müntəzəm mətbuat brifinqində açıqlayıb: “Xüsusi elçi Vitkoff və Marko Rubio son bir aydır ki, plan üzərində sakitcə işləyirlər. Onlar hər iki tərəflə - Rusiya və Ukrayna ilə bərabər səviyyədə əlaqə saxlayırlar ki, bu ölkələrin uzunmüddətli və davamlı sülh yaratmaq üçün nə etməyə hazır olduqlarını başa düşsünlər. Sülh danışıqlarına belə yanaşırlar, elə deyilmi?”

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR