İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya da Ukraynaya görə HƏRƏKƏTƏ KEÇDİ

448 31.12.2025 09:38 Dünya A A

Rumıniya PURL (Ukraynaya ABŞ-dan silah alınması proqramı-red.) proqramı çərçivəsində Ukraynaya silah alışı üçün 50 milyon avro ayıracaq.

Musavat.com xəbər verir ki, məlumatı Rumıniya Xarici İşlər Nazirliyi açıqlayıb.

Nazirliyin saytında dərc olunan mətbuat açıqlamasında deyilir ki, "Rumıniya hökuməti ABŞ-ın təklif etdiyi Ukrayna Müdafiə Prioritet Satınalma Siyahısına (PURL) töhfə verən ölkələrə 50 milyon avro ianə etməklə qoşulmaq qərarına gəlib".

Nazirlik vurğulayıb ki, "PURL mexanizmi, xüsusən də Tramp administrasiyasının müttəfiqlər arasında təhlükəsizlik məsuliyyətlərini bərabər bölüşdürmək yanaşması kontekstində ABŞ administrasiyası üçün böyük əhəmiyyət kəsb edən xarici siyasət və təhlükəsizlik vasitəsidir": "PURL vasitəsilə ABŞ tərəfi tərəfdaş ölkələri Ukraynanı dəstəkləməkdə və əlaqələndirilmiş fəaliyyət çərçivəsi yaratmaqda birbaşa və ölçülə bilən şəkildə cəlb etməyə çalışır."

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR