İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya Qara dənizdə “Sea Baby” dronunu məhv etdiyini bildirdi, Kiyev təkzib edir

470 04.12.2025 01:33 Dünya A A

Musavat.com xəbər verir ki, Qara dəniz akvatoriyasında bu gün yeni gərginlik yaşanıb. Rumıniya Müdafiə Nazirliyi sahil mühafizəsinin dənizdə “naviqasiya üçün təhlükə yaradan” naməlum obyekt aşkarladığını açıqlayıb. Hadisə yerinə cəlb olunan hərbi qüvvələr həmin obyektin Ukraynaya məxsus “Sea Baby” dəniz dronu olduğunu müəyyən edib. Rəsmi məlumata görə, dron nəzarətli şəkildə partladılaraq zərərsizləşdirilib.

Lakin Kiyev bu məlumatı qəti şəkildə rədd edir. Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Hromadske nəşrinə bildirib ki, bütün “Sea Baby” dronları döyüş tapşırıqlarını davam etdirir və heç bir aparat itirilməyib.

Xatırladaq ki, Ukraynanın dəniz dronları son aylarda Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid gəmilərə hücumlarla gündəmə gəlmişdi. “Sea Baby” xüsusilə Türkiyə sahilləri yaxınlığında Kairos və Virat tankerinə endirilən zərbələrlə diqqət çəkmişdi. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR