Rusiya Pravoslav Kilsəsi (RPK) valideynləri uşaqlara Şaxta baba haqqında danışmamağa çağırıb.
Musavat.com xəbər verir ki, kilsə nümayəndəsinin fikrincə, bu obraz mifoloji xarakter daşıyır və uşaqların dini dünyagörüşünün formalaşmasında düzgün rol oynamır.
Patriarxiya yanında ailə məsələləri üzrə komissiyanın sədri, keşiş Lukyanov bildirib ki, Şaxta baba əvəzinə uşaqlara Nikolay Möcüzəyaradan haqqında danışmaq daha məqsədəuyğundur. Onun sözlərinə görə, Nikolay Möcüzəyaradan IV əsrdə yaşamış, Türkiyədə Antalyanın Demre bölgəsində yepiskop olmuş tarixi şəxsdir. Xristiyan inancına görə, xeyirxahlığı, ehtiyacı olanlara gizli yardım etməsi və "möcüzə"ləri ilə tanınır.
RPK nümayəndəsi vurğulayıb ki, uşaqların tərbiyəsində uydurma personajlardan deyil, pravoslav ənənəsində mühüm yeri olan dini fiqurlardan istifadə olunmalıdır.
Musavat.com






