Ermənistanın bu il üzrə turizm statistikasında rusiyalı turistlər yenidən birinci yeri tutub.
Musavat.com xəbər verir ki, ilin ilk 11 ayında ölkəyə gələn xarici turistlərin 41 faizi — 874 min nəfəri Rusiyadan olub. Bu rəqəm rusiyalıları siyahının açıq-aşkar liderinə çevirir.
Musavat.com xəbər verir ki, ikinci yerdə Gürcüstan qərarlaşıb — Ermənistana 264 mindən çox gürcü turist səfər edib. Üçüncü yerdə isə İran gəlir: bu ölkədən 166 mindən artıq turist ölkəni ziyarət edib.
Turist axınının artdığı ölkələr arasında ABŞ və Çin də yer alır. Rəsmi məlumata görə, hər iki ölkədən Ermənistana səfərlərdə son aylarda nəzərəçarpacaq artım qeydə alınıb.
Musavat.com






