İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusif Hüseynov: “Orta güc olmaq üçün...” FOTO

270 24.06.2026 11:24 Siyasət A A

“2020-ci ilə qədər Azərbaycan özünü bir çox mövzuda Ermənistanla müqayisə edib. Mən isə hesab edirəm ki, Ermənistan 4 tərəfdən etnik azərbaycanlılarla əhatə olunub. Siyasi proseslərdə də azərbaycanlıların təsiri əhəmiyyət kəsb edir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib.

O diqqətə çatdırıb ki, Azərbaycanın Mərkəzi Asiya istiqamətində inteqrasiyası davam edir:

“Hərçənd, bu mövzuda müəyyən təzyiqlər var. Ekspertləri narahat edən bəzi məsələlər mövcuddur. Azərbaycan Yaxın Şərqdə də önəmli rola malikdir, ölkəmiz Suriya ilə danışıqlarda vasitəçilik edib. Cənubi Qafqazda isə bir neçə yanaşma mövcuddur. Bu yanaşmaları nəzərə alaraq Azərbaycan mövqeyini dəqiq müəyyən etməlidir”.

Rusif Hüseynovun fikrincə, Azərbaycanın orta güc konsepsiyasına uyğun gəlməsi haqqında xarici platformalarda da iş aparılmalıdır:

“Orta güc olduğunu iddia edən ölkədə siyasi, iqtisadi amillərlə yanaşı, demoqrafik göstəricilər də nəzərə alınmalıdır. İnsan amili hər zaman aktual olacaq. Bu baxımdan bu sahədə də göstəricilər konsepsiyaya uyğun olmalıdır”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR