İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baltikdə fəallaşır, İsveç narahatdır

436 06.12.2025 17:36 Dünya A A

Rusiya Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirir və onun sualtı qayıqları, demək olar ki, hər həftə orada peyda olur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İsveç hərbi dəniz qüvvələrinin kapitanı Marko Petkoviç Baltik dənizində Rusiya sualtı qayıqları ilə qarşılaşmaların sayının xeyli artdığını bildirib. O deyib ki, Rusiya bu strateji əhəmiyyətli bölgədə fəaliyyətini sistematik şəkildə artırır və hərbi gəmilərlə bu cür təmaslar müntəzəm olaraq baş verir.

Petkoviç həmçinin Ukraynadakı hərbi əməliyyatlar dayandırılarsa, Rusiyanın Baltik dənizində daha çox qüvvə cəmləşdirə biləcəyindən narahatlığını ifadə edib. İsveç ordusu xüsusilə "kölgə donanması" adlanan, hərbçilərin, dronların daşınması üçün istifadə edilə biləcəyinə inandığı mülki bayraqlı tankerlərdən narahatdır.

Region dron əməliyyatları və sualtı rabitənin məhv edilməsi də daxil olmaqla hibrid metodlardan istifadə edilən hücumlar riski altındadır. Bununla belə, Petkoviç qeyd edib ki, NATO-nun bölgədəki artan iştirakı sayəsində kabel zədələnməsi kimi hadisələrin sayı azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR