Rusiya qoşunları son 24 saat ərzində Xarkov vilayətinin Vovçansk yaxınlığında irəliləyib.
Musavat.com xəbər verir ki, bu barədə "DeepState" monitorinq layihəsi məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya ordusu Vovçansk, Tixoye, Yampol və Novoekonomiçno yaxınlığında irəliləyib.
Eyni zamanda Volçansk yaxınlığındakı Tixoe kəndi də ələ keçirilib.
"DeepState" xəritəsində Donetsk vilayətinin Liman şəhər icmasının Yampol kəndinin statusu “müəyyən edilməmiş” kimi göstərilib.
Donetsk vilayətində Mirnoqrad yaxınlığındakı Novoekonomiçnının statusu da müəyyən edilməyib.
Musavat.com






