İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya etibarlı tərəfdaş olaraq qalacaq" – Putindən yeni Ali Rəhbərə dəstək mesajı

932 09.03.2026 14:17 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneyiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib.

Musavat.com xəbər verir ki, Kreml tərəfindən yayımlanan müraciətdə Rusiya lideri iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmaz olduğunu vurğulayıb.

"İndi, İranın silahlı təcavüzlə üz-üzə qaldığı bir vaxtda, bu yüksək postda fəaliyyətiniz şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək. Öz tərəfimdən Tehrana dəyişməz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiq etmək istərdim. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq", — deyə Putinin təbrikində qeyd olunub.

Moskvanın Müctəba Xameneyini rəsmən tanıması regionda davam edən "Epik Qəzəb" (Epic Fury) əməliyyatı və İran daxilindəki siyasi qeyri-müəyyənlik fonunda baş verib. Ekspertlərin fikrincə, Putinin bu operativ addımı ABŞ və İsrailin kəskin təzyiqlərinə rəğmən, Rusiyanın İranla hərbi-siyasi ittifaqı qorumaq və gücləndirmək niyyətində olduğunu göstərir. Kreml bu təbriklə həm də Ekspertlər Şurasının qərarından dərhal sonra Müctəba Xameneyinin legitimliyini beynəlxalq səviyyədə dəstəkləyən ilk böyük güc oldu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR