Böyük Britaniyanın "The Telegraph" nəşri yazır ki, Rusiya ordusu noyabr ayında 322 kvadrat kilometr əraziyə doğru irəliləyərək son illərin ən yüksək hücum dinamikasını göstərib.
Musavat.com xəbər verir ki, bu rəqəm oktyabr ayındakı göstəricidən iki dəfə çoxdur və 2022-ci ildəki maksimal tempə demək olar ki, bərabərdir.
Məlumata görə, Rusiya xüsusilə Şərq cəbhəsində təzyiqi artırır. Hücumun əsas istiqamətləri Seversk rayonu və Slavyansk yönümlüdür. Analitiklər bildirir ki, Moskvanın bu artan təzyiqi Ukrayna müdafiə xəttini daha çox yükləyir və bölgədəki döyüşlərin intensivliyi davamlı olaraq yüksəlir.
Hərbi ekspertlər bunu Rusiya ordusunun yenidən qruplaşdırılması, əlavə resursların cəbhəyə cəlb olunması və taktiki dəyişikliklərlə əlaqələndirirlər. Bununla belə, Ukrayna komandanlığı bildirir ki, sərt müqavimət davam edir və tərəflər arasında ağır döyüşlər fasiləsiz şəkildə davam etməkdədir.
Hazırkı dinamika müharibənin növbəti mərhələsinin daha da gərgin olacağına işarə edir.
Musavat.com






