İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu sürətlə İRƏLİLƏYİR: 5 kənd ƏLƏ KEÇİRİLDİ

792 09.12.2025 12:53 Dünya A A

Rusiya ordusu Ukraynanın şərqində hücumlarını davam etdirir.

Musavat.com xəbər verir ki, bu barədə "DeepState" analitik layihəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ruslar Donetsk bölgəsində beş kəndi, Lisovka, Suxoy Yar, Qnatovka, Roq və Novopavlovkanı ələ keçirilib.

Şəhər ətrafında, xüsusilə Şeverskdə vəziyyət də gərgin olaraq qalır. İlkin məlumatlara görə, şəhərin yarısı artıq rusların nəzarətindədir.

Zaporojye bölgəsində isə rus qüvvələri Kamenkoyeni ələ keçirib. Stepnoqorsk şəhərinə hücumlar davam edir, hələlik ərazini ukraynalı qüvvələr qoruyur.

Plavnedə isə döyüşlər Primorskiy istiqamətində davam edir.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR