Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınmasına başlanılıb.
Musavat.com xəbər verir ki, səkkiz vaqondan ibarət ilk partiya artıq İrəvana yola salınıb.
Məlumata görə, 2025-ci ilin sonuna qədər bu marşrutla ümumilikdə 2 mindən çox ton taxıl, yəni 30 vaqon göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Azərbaycan Ermənistan istiqamətində bütün yük tranzit məhdudiyyətlərini ləğv edib. Bu barədə Prezident İlham Əliyev açıqlama vermişdi. İlk belə tranzit yükü isə Qazaxıstan taxılının Ermənistana göndərilən partiyası olub.
Musavat.com






