İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün yeni “son tarix” – Kiyev Rusiyanın planını açıqladı

345 24.02.2026 21:49 Dünya A A

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisanın sözlərinə görə, Rusiya ordusu mart ayının sonunadək Donbasın inzibati sərhədlərinə çıxmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, Palisa bildirib: Donbasın tam ələ keçirilməsi vəzifəsi artıq azı bir ildir dəyişməz olaraq qalır və Kremlin əsas hədəfi kimi saxlanılır.

Onun sözlərinə görə, Rusiya eyni zamanda Zaporojye istiqamətində operativ uğur üçün şərait yaratmağa çalışır. Bundan başqa, Xarkov, Sumi və Dnepropetrovsk vilayətlərində “bufer zonalar” formalaşdırmaq və daha sonra irəliləmək planı mövcuddur.

Palisa əlavə edib ki, əgər Rusiya ilin sonunadək müəyyən uğur əldə edərsə, hücumları genişləndirərək Zaporojye, Xerson, Nikolayev və daha sonra Odessa istiqamətində irəliləməyə cəhd göstərə bilər.

Bununla belə, o vurğulayıb ki, yaxın altı ay ərzində bu planların həyata keçirilməsi üçün real imkan görmür.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR