İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna limanlarını VURDU - Dəhşətli yanğın başladı, gəmilər zədələndi

722 26.12.2025 13:34 Dünya A A

Dekabrın 26-na keçən gecə Rusiya qüvvələri Ukraynanın Odessa vilayətində enerji və liman infrastrukturuna hücum edib. 

Musavat.com xəbər verir ki, hücumlar zamanı dronlarla zərbə endirilən ərazilər Odessa şəhəri, eləcə də İzmail və Odessa rayonları olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, gəmilər də daxil olmaqla bir neçə infrastruktur obyekti zədələnib, yanğınlar baş verib, inzibati binalar və avadanlıqlar məhv olub.

Hazırda xəsarət alan və ya həlak olanlar barədə məlumat verilmir. Xilasetmə xidmətləri hadisələrin nəticələrinin aradan qaldırılması üzərində işləyir.

Odessada da infrastruktur obyektində yanğın qeydə alınıb və ətraf ərazidə araşdırmalar davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR