İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynadan sonra bu ölkələri hədəf seçəcək – ŞOK XƏBƏRDARLIQ

1311 17.12.2025 12:47 Gündəm A A

Rusiyanın Ukraynadakı müharibədən sonra digər postsovet ölkələrinə də təhlükələr yaradacağı barədə iddialar artmaqdadır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsindən sonra Kremlin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza təhlükə yaradacağı barədə iddialarla bağlı Musavat.com-a açıqlama verib.

elxan.jpg (68 KB)

Politoloq əvvəlcə Almaniya kanslerinin son xəbərdarlığına diqqət çəkib:

“Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmayacağını və Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmağa yönəldiyini bildirib. “Putin dayanmayacaq. Əgər Ukrayna məğlub olarsa, o, heç nəyə baxmayaraq dayanmadan irəliləyəcək”, - deyə Almaniya kansleri vurğulayıb.

Almaniya kansleri haqlıdır. Rusiya Ukraynadan sonra başqa ölkələri hədəf seçəcək. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, müharibənin əhatə dairəsi genişlənəcək. Müharibə artıq Qara dəniz, hətta Xəzər dənizi sahillərinə çatıb. Qara dənizdə üzən gəmilər raket atəşinə tuş gəlir. Ukrayna Rusiyanın Xəzər dənizindəki yataqlarına və hərbi gəmilərinə zərbələr endirir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Rusiyanın bölgəyə təsirlərini azaltmağa çalışırlar. Bu məqsədlə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib.

ABŞ, Avropa İttifaqı və Türkiyə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanı gücləndirməyə çalışır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, qonşu ölkələrə təsirini artırmağa çalışır.

Ermənistanda gələn ilin iyun ayında parlament seçkiləri keçiriləcək. Rusiya həmin seçkilərdə baş nazir Nikol Paşinyanın məğlub olması üçün radikal qüvvələri, müxtəlif erməni oliqarxları və kilsəsinə dəstəkləyir. Kreml Paşinyana başqa bir ultimatum da göndərib: “Ya Avropa İttifaqını, ya da Avrasiya İttifaqını seç!””

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya rəsmiləri Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduqlarını söyləsələr də, bunun əksini həyata keçirirlər:

“Kreml Rusiyada çalışan azərbaycanlılara müxtəlif problemlər yaradır. Bundan başqa, Kreml Rusiyada azərbaycanlıların diaspora rəhbərlərini dəyişməyə başlayıb. Moskvanın məqsədi diaspora rəhbərlərinin ancaq Rusiya hakimiyyətinə bağlı olmasını təmin etməkdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR