Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya Federasiyası Şurasında xarici siyasət məsələləri ilə bağlı hesabat təqdim edib.
Musavat.com xəbər verir ki, Lavrov bir sıra mühüm açıqlamalar verib.
O bildirib ki, Rusiya və ABŞ Ukraynadakı vəziyyətin tənzimlənməsi üzrə işin davam etdirilməsi barədə razılığa gəlib.
Rusiya həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı dialoq təşəbbüslərini yüksək qiymətləndirir.
Lavrov vurğulayıb ki, Tramp yalnız Rusiyaya qarşı sanksiyaları ləğv etməkdə tələsmir, həm də onları artırır. Rusiya Avropa ilə müharibə aparmaq niyyətində deyil və belə düşüncələri yoxdur.
XİN rəhbəri Avropa İttifaqını “ümidsiz siyasi korluq” içində Rusiyanı məğlub edə biləcəyi illüziyası ilə özünü aldatmaqda ittiham edib. Həmçinin, o əlavə edib ki, Rusiya Qərbdəki aktivlərinin müsadirəsinə cavab verəcək.
Musavat.com






