İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xarkovu belə vurub - ANBAAN GÖRÜNTÜLƏR

1028 03.01.2026 10:03 Son xəbər A A

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubovun verdiyi məlumata görə, ötən gün şəhərin Kiyev rayonuna endirilən raket zərbəsi nəticəsində şəhər mərkəzində yerləşən beşmərtəbəli yaşayış binası tamamilə dağılıb.

Musavat.com xəbər verir ki, zərbə güclü yanğına səbəb olub, yaxınlıqdakı binalara, avtomobillərə və şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Hadisənin ilk saatlarından etibarən təcili yardım və xilasedici xidmətlər əraziyə cəlb olunub.

Şəhərə ümumilikdə iki ballistik raket zərbəsi endirildiyi bildirilir. Zərərçəkənlərin əksəriyyəti partlayış dalğası, şüşə qırıntıları və ağır stress reaksiyaları nəticəsində xəsarət alıb.

Hazırda zərbə yerində dağıntıların təmizlənməsi və mümkün qurbanların axtarışı davam edir. Əməliyyatlara Dövlət Təcili Yardım Xidməti ilə yanaşı, tibb işçiləri, kinoloqlar, hüquq-mühafizə orqanları, könüllülər və humanitar təşkilatlar cəlb olunub. Onlar həm xilasedicilərə dəstək verir, həm də zərərçəkmiş sakinlərə yardım göstərirlər.

Rusiya tərəfi isə Xarkov bölgəsinə endirilən raket zərbəsi ilə bağlı iddiaları təkzib edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR