İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Navalnının fotosu belə ekstremist simvol sayılır

354 04.12.2025 19:06 Dünya A A

Rusiyanın formal olaraq müxalifət sayılan “Yabloko” partiyasının lideri Nikolay Rıbakov Aleksey Navalnının fotosu olan paylaşımına görə 1500 rubl cərimələnib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Viborg Rayon Məhkəməsi Navalnının portretini “ekstremist simvolika” hesab edib.

Rıbakov məhkəməyə gəlməyib, lakin vəkilinin vasitəsilə izahat göndərərək özünü təqsirli bilmədiyini bildirib. O, qeyd edib ki, Navalnının fotosu heç bir rəsmi siyahıda ekstremist material kimi göstərilmir və dövlət mediası da bu fotonu yayıb, amma cəzalandırılmayıb.

Vəkil əlavə edib ki, paylaşım xaricdən yerləşdirilib və həmin vaxt Rıbakov NTV-də çəkilişdə olduğundan onu şəxsən yayımlaya bilməzdi. Müdafiə tərəfi işin tərkib olmadığına görə xitam verilməsini tələb etsə də, məhkəmə cərimə qərarını qüvvədə saxlayıb.

Sankt-Peterburqda daha əvvəl də Navalnının fotosuna görə bir neçə fəal və iki yerli deputat cərimə olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR