İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada özünü müalicə edənlərin sayı artır

605 07.12.2025 20:10 Dünya A A

Rusiyada hər üç vətəndaşdan biri səhhətində ilk narahatlıq hiss edən kimi poliklinikaya getmək əvəzinə özünü müalicə etməyə üstünlük verir.

Musavat.com xəbər verir ki, bu, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) yeni monitorinqində açıqlanıb.

Araşdırmaya görə, artıq ruslar həkimə əvvəlki qədər tez müraciət etmir. Cəmi 41% respondent poliklinikaya üz tutduğunu bildirir. Müqayisə üçün qeyd edilir ki, 2006-cı ildə bu göstərici 52% olub.

Səyyar sorğunun başqa bir nəticəsi də diqqət çəkib. Respondentlərin 52%-i ölkədə tibbi xidmətin keyfiyyətindən narazıdır.

VTsİOM bildirilir ki, narazılığın səbəbləri əsasən sistemdəki struktur problemlər, yəni, tibbi personal çatışmazlığı və peşəkar kompetensiya boşluqları, bir çox tibbi xidmətlərin əhali üçün yetərincə əlçatan olmamasıdır.

Tədqiqatçılar vurğulayırlar ki, səhiyyə sahəsindəki bu çatışmazlıqlar və etimad azalması vətəndaşları daha çox özünü müalicəyə yönəldir ki, bu da gələcəkdə əlavə risklər yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR