İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan AZAL təyyarəsi ilə bağlı açıqlama: "Sadiqik..."

6018 31.12.2025 15:58 Dünya A A

Rusiya Federasiyası Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı Rusiya və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmaların tam həcmdə yerinə yetirilməsinə sadiqdir.

Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Onun sözlərinə görə, məsələ Rusiya və Azərbaycan prezidentlərinin bu il oktyabrın 9-da Düşənbədə, MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirdikləri görüşün nəticələrinə əsaslanır.

Qaluzin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin bu kimi faciəli hallarda zəruri olan bütün addımların Rusiya tərəfdən atılacağını açıq şəkildə bəyan edib. Rəsmi Moskva əldə olunmuş razılaşmaların icrasını prioritet hesab edir və öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR