İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan NATO-ya qarşı GİZLİ taktika

365 02.07.2026 18:44 Dünya A A

Rusiyanın Avropadakı strateji NATO obyektlərini izləmək üçün "kölgə donanması"ndan istifadə etdiyi iddia olunur. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) bu barədə hesabat yayıb. Hesabatda bildirilir ki, Rusiya "kölgə donanması"na daxil olan tankerlər vasitəsilə Avropa ölkələrində NATO-nun hərbi infrastrukturunu müşahidə edib və hava hücumundan müdafiə sistemlərinin zəif nöqtələrini müəyyənləşdirməyə çalışıb.

Araşdırmaya görə, 2024-cü ilin avqustundan 2026-cı ilin fevralınadək NATO üzvü olan 10 ölkə və İrlandiya ərazisində pilotsuz uçuş aparatlarının görünməsi ilə bağlı 144 hadisə qeydə alınıb. Bu insidentlərin təxminən yarısı hərbi obyektlərlə bağlı olub.
Məlumata görə, pilotsuz aparatlar ABŞ-ın B61-12 nüvə bombalarının saxlanıldığı obyektlər, eləcə də Fransanın ballistik raket daşıyan sualtı qayıqlarının yerləşdiyi hərbi baza üzərində də müşahidə edilib.
IISS hesab edir ki, bu uçuşlar Rusiyanın Avropa üzərində həyata keçirdiyi genişmiqyaslı kəşfiyyat kampaniyasının tərkib hissəsi olub. Məqsəd Avropa ölkələrinin hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmək və onların raketlər, bombardmançı təyyarələr və qırıcılar kimi daha ciddi təhlükələrə reaksiyasını öyrənmək idi. Hesabat müəllifləri qeyd edirlər ki, mövcud hava hücumundan müdafiə sistemləri aşağı hündürlükdə uçan, kiçik ölçülü və yavaş hərəkət edən dronları aşkarlamaqda çətinlik çəkir. Bu isə onları belə kəşfiyyat əməliyyatları qarşısında daha həssas edir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR