İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu şəhəri VİRAN qoyuldu: su və işıq kəsildi, əhali PANİKADA

1927 04.07.2026 12:11 Gündəm A A

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərində yerləşən elektrik yarımstansiyasına və “Luç” istilik elektrik stansiyasına (İES) zərbələr endirib. Teleqram kanalları məlumat yayıb.

Yerli sakinlər partlayışlardan sonra şəhərin bir neçə rayonunda elektrik enerjisinin və su təchizatının kəsildiyini bildiriblər.
Qeyd edək ki, Ukrayna ötən gün də Belqoroda zərbələr endirmişdi.


Rusiyanın Müdafiə Nazirliyi isə ötən gecə 389 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bildirib.

Məlumata görə, dronlar əsasən Leninqrad və Moskva vilayətləri üzərində vurulub.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, Baltik dənizi sahilində, Sankt-Peterburqdan təxminən 90 kilometr məsafədə yerləşən Vısotsk limanına PUA hücumu nəticəsində qalıqlar düşüb. Həmin limanda "Lukoyl" şirkətinə məxsus neft terminalı fəaliyyət göstərir.

Rusiya rəsmiləri iyulun 4-ü səhər saatlarında Leninqrad vilayəti üzərində daha 67 PUA-nın məhv edildiyini də açıqlayıblar.

"Exilenova+" monitorinq kanalı hücum nəticəsində Sankt-Peterburq neft terminalının vurulduğunu iddia edib. OSINT analitikləri terminal ərazisində bir neçə yanğın ocağının yarandığını bildirirlər.

TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" verilişində sualları siyasi şərhçi Xəyal Bəşirov cavablandırır .

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR