Musavat.com xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidmətinə məxsus Sea Baby dəniz dronları Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid tankeri məhv edib.
Məlumata görə, Komor Adalarının bayrağı altında hərəkət edən tanker Ukraynanın xüsusi iqtisadi zonasından keçərək Novorossiysk istiqamətinə gedirmiş. Hücum nəticəsində gəmi ciddi – kritik dərəcədə zədələr alıb.
Qeyd olunur ki, Sea Baby dronları son aylarda Rusiya hərbi-logistika marşrutlarına ardıcıl zərbələr endirməklə Moskvanın Qara dənizdəki nəqliyyat imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Musavat.com






