İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft obyektləri VURULDU: Lipetsk və Başqırdıstanda YANĞINLAR - VİDEO

725 06.01.2026 11:23 Son xəbər A A

Rusiyanın Lipetsk vilayətinin Usman şəhərində dron hücumları nəticəsində neft emalı zavoduna zərbə endirilib və obyektdə yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub və yanğınsöndürmə əməliyyatları davam edir. Rəsmi qurumlardan hələlik hücumun nəticələri barədə ətraflı açıqlama verilməyib.

Eyni zamanda, Başqırdıstanın Sterlitamak şəhərində də partlayışlar qeydə alınıb. Burada neft-kimya zavodu hədəfə alınıb, partlayışların səbəbləri və zərərin miqyası hələ də araşdırılır. Hücumlar nəticəsində insan tələfatı barədə məlumat verilmir, lakin obyektlərdə maddi ziyan yarandığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR