İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq başçının oğlu Yevlax sakinini qoyun fermasında güllələyibmiş – Yaralı möcüzə nəticəsində sağ qalıb

1030 16.01.2026 17:49 Kriminal A A

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədovun “Vinçester” markalı odlu silahdan atəş açaraq tanışını ağır yaralaması haqda xəbər vermişdik.

Musavat.com dəqiqləşdirib ki, icra başçısının oğlu Zaur Səmədovun Yevlaxın Malbinəsi kəndində ferması var.

Onun fermasının yaxınlığında Qoşqar Novruzovun da qoyun ferması yerləşir. Tərəflər arasında dəfələrlə qoyunların digər fermanın ərazisinə keçməsinə görə mübahisə yaranıb. Sonuncu dəfə bu gün səhər saatlarında Zaur Səmədovun çoban iti Qoşqar Novruzovun çoban itini parçaladığına görə ferma sahibləri arasında mübahisə yaranıb.

Mübahisə zəminində Zaur Səmədov “Vinçester” markalı odlu silahdan atəş açmaqla Qoşqar Novruzovu yaralayıb. Yaralı təcili tibbi yardım vasitəsilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Qoşqar Novruzovun yarasını müayinə edən həkimlər onun möcüzə nəticəsində sağ qaldığını gizlətməyiblər.

Musavat.com-a daxil olan digər məlumata görə, Qoşqar Novruzov Yevlaxın İsmayılabad kəndinin sakinidir.

39 yaşlı Zaur Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.

Xatırladaq ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham edilən sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azadlığa buraxılıb. O, həmin ilin dekabr ayında vəfat edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR