ABŞ-ın 35-ci prezidenti Con Kennedinin nəvəsi, jurnalist Tatyana Şlossberq 35 yaşında leykemiyadan vəfat edib.
Musavat.com xəbər verir ki, məlumatı onun ailəsi açıqlayıb.
Qeyd edək ki, noyabr ayında Şlossberq "New Yorker" qəzetindəki məqaləsində ona "İnversiya 3" adlı nadir mutasiya ilə terminal kəskin miyeloid lösemi diaqnozu qoyulduğunu açıqlamışdı.
Tatyana Bayden administrasiyasında ABŞ-ın Avstraliyadakı səfiri vəzifəsində çalışan Kerolin Kennedinin və yazıçı və dizayner Edvin Şlossberqin qızı idi. Onun iki uşağı qalıb.
Musavat.com






