“Məni bu fikirləri səsləndirməyə vadar edən Ramiz Mehdiyevdən sonra Abbas Abbasovun da bu xəyanət çetəsində adının hallanmasıdır. Nə qədər yaramaz və şərəfsiz olasan ki, dövlətin, hökumətin ən yuxarı eşalonunda vəzifəyə sahib olasan, uzun illər öz şəxsi mənafeyini millətin və dövlətin mənafeyindən üstün tutasan, eyş - işrət içərisində özün və yaxın ətrafın yaşaya, sonra da səni bu yüksəkliyə qaldıran Liderə qarşı xəyanət edəsən. Buna nə ad verim, düzü, bilmirəm”.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili Musa Musayev çıxış edib. Onun sözlərinə görə, 1987-1993-cü illər ərzində bu şəxslərin Heydər Əliyevin yolunda heç bir xidmətləri olmayıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. Məlumata görə, Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.
Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. Abbas Abbasov cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı onun oğlu sabiq deputat Aydın Abbasovla əlaqə saxlamağa çalışıb. Lakin Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə müzakirə edir.






