İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyandan İLGİNC etiraf

639 27.07.2026 17:36 Dünya A A

Erməni beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarkisyan ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazda indiyədək görünməmiş fəallıq nümayiş etdirdiyini bildirib.

Musavat.com xəbər verir ki, Sarkisyan bu barədə sosial şəbəkədə yazıb.

Onun fikrincə, 1992-ci ildən bəri heç bir ABŞ administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiyada indiki Tramp administrasiyası qədər fəal iştirak səviyyəsinə nail olmayıb.

Sarkisyan bunu ilk növbədə regionda yaranmış yeni geosiyasi vəziyyətlə əlaqələndirir. Onun sözlərinə görə, Rusiyanın əsas diqqətini Ukraynadakı müharibəyə yönəltməsi Moskvanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. İranın imkanlarının məhdudlaşması da Vaşinqton üçün regionda daha fəal siyasət yürütmək imkanı yaradıb.

Erməni ekspert TRIPP layihəsi ilə bağlı diqqətçəkən bir detal da açıqlayıb. Onun söylədiyinə görə, layihənin əsas memarlarından biri Donald Trampın yaxın adamlarından olan Stiv Uitkoffdur.

Sarkisyan bildirir ki, TRIPP vasitəsilə Mərkəzi Asiyanın Türkiyə və Avropa ilə birləşdirilməsi ideyası da Uitkoffun komandasına məxsusdur. Onun fikrincə, buna görə layihə yalnız nəqliyyat və iqtisadi deyil, ciddi geosiyasi əhəmiyyət daşıyır.

Erməni ekspert Uitkoffun Trampla birbaşa əlaqəsinin layihənin ilkin mərhələlərində ABŞ bürokratiyasından qaynaqlana biləcək maneələri minimuma endirdiyini qeyd edib.

Sarkisyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının da Vaşinqtonun regional siyasəti baxımından mühüm əhəmiyyət daşıdığını düşünür. Onun iddiasına görə, Bakı ilə İrəvan arasında münaqişənin başa çatması Rusiyanın Cənubi Qafqazda təsirini qorumaq üçün istifadə etdiyi əsas vasitələrdən birini əlindən alır.

Erməni ekspert TRIPP-in sürətlə irəliləməsinin ikinci mühüm səbəbi kimi Tramp administrasiyasının idarəetmə üslubunu göstərir. Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan məsələlərdə qərarlar ənənəvi bürokratik prosedurlar minimuma endirilməklə daha sürətli qəbul edilir.

Sarkisyan burada Donald Trampın proseslərdə şəxsən iştirakına və Marko Rubionun həm Dövlət Departamentinə, həm də Milli Təhlükəsizlik Şurasının işinə rəhbərlik etməsinə xüsusi diqqət çəkib. Onun fikrincə, bu model ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik strukturları arasında koordinasiyanı sürətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR