İnsanlara hürriyət, millətlərə istiqlal!

Şaurmaya… eşşək əti qatıldığı üzə çıxdı

1256 15.11.2025 21:06 Region A A

Gürcüstanın Marneuli bələdiyyəsində fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektində aparılan yoxlamalar şok faktı üzə çıxarıb, kababa, kotletə və digər “şirəli” ət məhsullarına eşşək əti əlavə olunub.

Musavat.com xəbər verir ki, Milli Qida Agentliyinin açıqlamasına görə, laborator analiz nəticəsində iki qida nümunəsində eşşək DNT-si aşkarlanıb.

Bu isə məhsulların düzgün markalanmadığını və alıcıların aldadıldığını təsdiqləyir.

Məlumata əsasən, hər iki nümunə keçən ayın sonunda eyni gündə hazırlanan farşdan götürülüb. Ehtimallar var ki, həmin gün eşşək əti də təzə əldə edilərək müxtəlif məhsulların hazırlanmasında istifadə edilib və müştərilərə “mal əti” adı ilə satılıb.

Hazırda sözügedən iaşə obyektləri bağlanıb. Lakin qanunla nəzərdə tutulan cərimə ödənildikdən sonra obyektlərin fəaliyyətini yenidən bərpa etməsi mümkündür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR