İnsanlara hürriyət, millətlərə istiqlal!

Saytlardan birinin paylaşımında əxlaqsız ifadələr işlətdi - Həbs olundu

901 23.02.2026 11:25 Kriminal A A

İnternet resursunda ictimai mənəviyyatı təhqir edən ifadələr işlətmiş Sabirabad sakini inzibati məsuliyyətə cəlb edilib.

Rayonun Şıxsalahlı kənd sakini 31 yaşlı Adəm Abbaszadənin saytlardan birinin internet informasiya ehtiyatında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etməsi, əxlaqsız ifadələr səsləndirərək ictimai qaydanı pozması müəyyənləşib.

Onun barəsində Sabirabad RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən protokol tərtib edilib və A.Abbaszadə saxlanılıb.

Məhkəməyə göndərilən şəxs törətdiyi əməli etiraf edərək peşmanlığını ifadə edib. Rayon Məhkəməsinin qərarı ilə A.Abbaszadə 1 ay müddətinə inzibati həbs edilib./Qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR