İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sea Breeze Uzbekistan"a müqavimət var – Ağalarovun layihəsinə mane olan kimlərdir?

3090 23.01.2026 18:45 Dünya A A

Özbəkistanda həyata keçirilən "Sea Breeze Uzbekistan" layihəsinə mane olmağa çalışanlar var.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, bu layihə ilə bağlı təşkil olunmuş ictimai dinləmələrdə sakinlər sərt tənqidlər səsləndirərək bildiriblər ki, dağlıq ərazidə tikinti işləri təbii landşaftın itirilməsinə və paytaxtın tozla çirklənməsinin artmasına səbəb ola bilər. Onlar iddia ediblər ki, bu ərazi şəhər sakinlərinin "təmiz havaya çıxa" biləcəyi azsaylı yerlərdən biridir.

Qeyd edək ki, "Sea Breeze Uzbekistan" layihəsi, Azərbaycandakı orijinal "Sea Breeze" layihəsi kimi, azərbaycanlı iş adamı Emin Ağalarov və onun "Agalarov Development" şirkətinə məxsusdur. Onun Özbəkistanda həyata keçirmək istədiyi layihə 1977-ci ildə istifadəyə verilmiş Çarvak su anbarında genişmiqyaslı kurortun yaradılmasını nəzərdə tutur.

Ancaq Çarvak nahiyəsinin sakinləri layihə ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Yerli icma nümayəndəsi tikintinin artıq ətraf mühitə mənfi təsir göstərdiyini bildirib. O, qeyd edib ki, Daşkənddə intensiv inkişaf səbəbindən bir neçə ildir ki, yüksək toz səviyyəsi müşahidə olunur və dağlıq ərazilər insanların təbiətə çıxıb təmiz hava ilə nəfəs alması üçün yeganə seçim olaraq qalır.

sibriz-uz.JPG (67 KB)

O, mövcud küləklər nəzərə alınmaqla, tikinti işlərindən yaranan tozun yenidən şəhərə doğru sovrulacağından narahatlığını bildirib.

"Ərazinin hamarlanması da tikinti prosesidir. Nə qədər torpaq düzlənib, nə qədər ağac kökündən çıxarılıb, nə qədər toz havaya qaldırılıb. Bu nəzərə alınıbmı? Bizim təkcə gələcək nəsillər qarşısında deyil, həm də bütün biomüxtəlifliyə - orada yaşayan quşlara və heyvanlara qarşı öhdəliklərimiz var", - deyə fəal qeyd edib.

Layihə rəhbəri Sardor Həmidov bildirib ki, "Sea Breeze Uzbekistan"ın ümumi sahəsi təxminən 100 hektardır və bunun 35-40 hektarında qazıntı işləri aparılır. O qeyd edib ki, tikinti şirkəti ərazini və yaşıl sahələri qorumaq niyyətindədir və ağacların kəsilməsi zəruri olarsa, birdən on mislinə qədər kompensasiya dərəcəsi tətbiq olunur. Layihənin 2035-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Tikinti Nazirliyi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Tədqiqat İnstitutunun birinci müavini Əbülqosim Abduxolikov tozla bağlı suallara cavab olaraq Dünya Bankının araşdırmasına istinad edib.

"Hesablamalara görə, tikinti, tozları ümumi şəhər tozunun təxminən 6%-ni təşkil edir. Bu o deməkdir ki, tikinti tozlanmaya əhəmiyyətli dərəcədə təsir etmir", - deyə o bildirib.

eminsav.JPG (72 KB)

O, həmçinin ərazidə tikinti sıxlığının Daşkənddəkindən daha aşağı olduğunu qeyd etdi və toz əmələ gəlməsini azaltmaq üçün tədbirlərin görüldüyünü vurğulayıb.

Layihə nümayəndələri əvvəllər “Sea Breeze Uzbekistan”ın Çarvak su anbarına təsir göstərməyəcəyini iddia edirdilər.

Göründüyü kimi, Ağalarovun layihəsinə qarşı çıxanların səsləndirdiyi arqumentlər böyük ölçüdə bəhanə səciyyəsi daşıyır. Toza qalsa, gərək heç bir meqa-layihə həyata keçirilməsin.

Ancaq prezident Şövkət Mirziyoyevin də xeyir-dua verdiyi bu layihəyə hansı dairələri maneə törətdiyi hələ məlum deyil.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR