İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidən WUF13-ə qatılan şəbəkə ustasından möcüzə əl işi və sirli söhbət - VİDEO

809 20.05.2026 10:19 Ölkə A A

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yüksək səviyyədə davam edir.

180-dən çox ölkənin təmsilçilərinin iştirak etdiyi tədbirdə panel müzakirələri ilə yanaşı, müxtəlif ölkələrə məxsus panellərdə maraqlı, orijinal təqdimatlar olur. Azərbaycan povilyonunda da ən müxtəlif sahələri əhatə edən təqdimatlar yüksək peşəkarlıqla xarici qonaqlara və yerli ziyarətçilərə təqdim olunur. Bu sırada ayrı-ayrı peşə sahiblərinin əl işləri xüsusi maraq doğurur. Azərbaycanın milli musiqi alətlərinin sədaları altında xalçaçılıq sənətinin sirlərindən tutmuş, rəssamlığa, şəbəkə ustalıqlarına qədər bir sıra unikal əl işləri ziyarətçiləri heyran edir.

Musavat.com-un əməkdaşı WUF13-in Şəkidən olan iştirakçısı, qədim şəbəkə sənətinin Hüseyn Hacımustafazadədən videomüsahibə alıb, bu sənətin incəliklərini öyrənib. Müsahibənin gedişində əməkdaşımız özü də şəbəkə sənətinin sirlərinə yiyələnmək imkanı qazanıb, Hüseyn bəylə bərabər kiçik ölçülü, amma çox böyük zəhmət və səbr tələb edən şəbəkənin qurulması işində iştirak edib.

Videomüsahibəni dəyərli Musavat.com izləyicilərinə təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR