Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət Departamentinin "nüvə sınaqlarına qayıdış" bəyanatlarına və Rusiyanın gizli sınaqlar keçirməsi barədə ittihamlarına kəskin reaksiya verib.
Musavat.com xəbər verir ki, Peskov həmçinin Ukrayna və İranla bağlı Cenevrədə davam edən sülh masasındakı son vəziyyəti şərh edib.
Nüvə sınaqları: "Yalan ittihamlar"
ABŞ-ın "Rusiya və Çinlə bərabər əsasda" nüvə sınaqlarına başlayacağı barədə bəyanatına Peskov belə cavab verib: "Nə Rusiya, nə də Çin hər hansı nüvə sınağı keçirməyib. Biz bu cür ittihamları qəbul etmirik".
Kreml hesab edir ki, Vaşinqton bu cür bəyanatlarla özünün nüvə silahlanması planlarına bəraət qazandırmağa çalışır.
Cenevrədə keçirilən üçtərəfli (Rusiya, Ukrayna, ABŞ) və ikitərəfli (ABŞ-İran) danışıqlar barədə Peskov bildirib ki, Ukrayna üzrə danışıqların aralıq nəticələrini qiymətləndirmək hələ tezdir. Proses davam edir.
Putin-Zelenski görüşü: Peskov bu mövzunun Cenevrədə müzakirə olunub-olunmadığı barədə sualı cavabsız qoyub.
Musavat.com






