İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ aviadaşıyıcısına 4 raketlə hücum edib

949 03.04.2026 10:17 Dünya A A

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 91-ci zərbə dalğası zamanı BƏƏ-dəki Amerika qırıcı təyyarələrinin uçuş mühəndisləri və pilotları üçün yerləşmə yerinə və Küveytdəki MQ-1 PUA mövqelərinə hücum edib, həmçinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə dörd qanadlı raket atıb.

Musavat.com xəbər verir ki, bu iddia ilə SEPAH mətbuat xidməti çıxış edib: "Bu əməliyyat zamanı Şimali Hind okeanındakı Amerika təcavüzkarlarının USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə dörd Qadr-380 qanadlı raketi ilə hücum edilib".

SEPAH qeyd edib ki, növbəti iki mərhələdə onlar "BƏƏ-dəki düşmən bazasının xaricində Amerika qırıcı təyyarələrinin uçuş mühəndisləri və pilotları üçün gizli toplanma yerinə" və "Amerika dronlarının bölmələrinə", həmçinin Əli əl-Salem hava bazasındakı (Küveytdə yerləşir -red.) MQ-1 Predator təyyarəsinə hücum ediblər.

ABŞ Mərkəzi Komandanlığı isə açıqlama yayaraq bildirib ki, Abraham Linkoln təyyarədaşıyan gəmisi gündəlik tapşırıqları yerinə yetirməyə davam edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR