İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH komandanından ABŞ-a sərt mesaj: “Barmağımız tətikdədir, hər an hazırıq”

863 25.01.2026 00:37 Dünya A A

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general Məhəmməd Pakpur Yaxın Şərqə doğru hərəkət edən ABŞ hərbi birləşmələri fonunda Vaşinqtona və Təl-Əvivə açıq xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, general Pakpur SEPAH və İran Silahlı Qüvvələrinin ali rəhbərliyin istənilən əmrinə dərhal cavab verməyə tam hazır vəziyyətdə olduğunu bildirib.

Onun sözlərinə görə, İran tərəfi mümkün ssenarilərə qarşı maksimum hazırlıq səviyyəsindədir:

“İslam İnqilabı Keşikçiləri Korpusu və əziz İran bu gün hər zamankından daha hazırlıqlıdır. Barmağımız tətikdədir və Ali Baş Komandanın göstərişlərini icra etməyə hazırıq”.

İran mediasının məlumatına əsasən, Pakpur ABŞ və İsraili “istənilən yanlış hesablamadan çəkinməyə” çağırıb və mümkün nəticələrə görə məsuliyyətin qarşı tərəfin üzərinə düşəcəyini vurğulayıb.

Bildirilir ki, “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu – tərkibində üç esmines olmaqla – hazırda Hind okeanından Yaxın Şərq istiqamətində hərəkət edir və yaxın günlərdə bölgəyə çatması gözlənilir. ABŞ hərbi mənbələri bu hərəkəti regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi dəyərləndirir.

SEPAH rəhbərliyinin bu sərt açıqlaması ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə “iri hərbi armada” göndərilməsi barədə bəyanatından sonra səsləndirilib. Son həftələrdə İranda baş verən kütləvi etirazlar və onların zorakılıqla yatırılması fonunda regionda gərginliyin yeni mərhələyə keçdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR