İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH rejimi daha da qəddarlaşacaq? - Regiona TƏHDİD

658 17.06.2026 11:57 Region A A

ABŞ-İran arasında anlaşma memorandumunu daha çox Tehranın uğuru kimi qiymətləndirənlər var. Hətta bundan sonra ölkəni idarə edən SEPAH rejiminin daha da qəddarlaşacağı proqnozlaşdırılır. İran həm daxili siyasətdə, həm də regional addımlarında aqressiv ritorikasını gücləndirə bilər. Çünki müharibədən bu vəziyyətdə çıxması onu ruhlandırıb. Ona görə də idarəçiliyin də sərtləşməsi gözlənilir, qonşulara münasibətdə təhdidlərin artması da.

SEPAH bəyanat yaydı, ABŞ təkzib etdi - İki ölkəyə hücum təhlükəsi -  Globalinfo.az

Xəzər Universitetinin politologiya professor Ramiz Yunus deyib ki, belə bir genişmiqyaslı hücum kampaniyasının Tehrandakı mövcud hakimiyyətin süqutuna və deyilən rejim dəyişikliyinə səbəb olacağı gözlənilirdi: “Lakin bu baş vermədi. Rejim tab gətirdi. Bəli, Tehran ciddi itkilər verdi. Onun hərbi və strateji imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdı. Lakin müharibənin əsas siyasi hədəfinə nail olunmadı. İslam Respublikası idarəetməni qoruyub saxladı. Dövlət institutları fəaliyyətini davam etdirdi, siyasi sistem çökmədi. Deməli, ABŞ-ın strateji qələbəsindən danışmaq ən azı vaxtından əvvəl atılmış addım olardı”.

Bəs SEPAH rejiminin qeyri-məhdud iqtidara yiyələnməsi İran xalqı və ətraf ölkələrə nə vəd edir?

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a açıqlamasında SEPAH-ın əvvəlki gücdə olmadığını söyləyib: “Son müharibə onun zəifləməsinə gətirib çıxarıb. Bunun əyani təzahürləri aydın görünür. Əvvəla, SEPAH özünün əsas fiqurlarının böyük qismini müharibədə itirib. Yerdə qalan generallar bu hərbi birliyi gücləndirmək imkanında deyil. Onların böyük qismi yaşlıdır və gərgin iş rejimində işləyə bilmirlər”.

İkinci səbəbə gəlincə, təhlilçiyə görə, müharibədən sonra SEPAH bir müddət hakimiyyəti ələ keçirsə də, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf bu imkanı onların əlindən aldı: “Təbii ki, bu prosesdə ona prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı da ciddi dəstək verdilər. Hazırda İranda ABŞ-la saziş əleyhinə küçələrə çıxarılmış insanlar da məhz SEPAH-ın diqtəsi ilə hərəkət edirlər. Bu, onu göstərir ki, SEPAH artıq əvvəlki gücdə deyil”.

MuğanBank" 25 min kreditə görə 39 min manat istəyir – Jurnalist Fikrət  Fərəməzoğlu

Ekspertin fikrincə, digər faktor SEPAH-ın müharibədə böyük məbləğdə maliyyə itkisi ilə üzləşməsidir: “İrandakı iqtisadi böhranla yanaşı, həm daxildəki, həm də xaricdəki iri bizneslərinin bir çoxundan məhrum olublar. Üstəlik, daha əvvəlki kimi, böyük məbləğdə pul qazanmaq imkanları da qalmayıb. Digər tərəfdən, Qalibaf-Pezeşkian-Əraqçı ittifaqı SEPAH-ın əsas dayaqlarından biri olan, mühafizəkar qanadın lideri Səid Cəlilini də idarəetmədən uzaqlaşdırmağa nail olub. Ötən gün o, Ali Təhlükəsizlik Şurasındakı postundan uzaqlaşdırılıb. Aydın məsələdir ki, SEPAH-Qalibaf savaşı hələ bir müddət davam edəcək. Lakin bütün bunlara baxmayaraq, SEPAH-ın tamamilə gücsüzləşdiyini demək doğru da deyil”.

Fikrət Fəraməzoğlunun sözlərinə görə, İranda repressiyalar aparılır, kütləvi həbslər və edamlar həyata keçirilir: “Öz məntiqləri ilə daxildəki “İsrail agentlərini” və “müxalifəti” “təmizləyir”lər. Və bundan sonrakı mərhələdə də analoji addımları atacaqlar. Amma postmüharibə dövründə repressiyaların azalmasının baş vermə ehtimalı çoxdur. Çünki dünənə qədər müharibəni bəhanə edən rejimin qoruyucuları, sazişdən sonra daxildəki narazılığı nəzərə alaraq, bir qədər sakitləşəcəklər. Yəni SEPAH ətraf ölkələrə təhdid olmaq funksiyasını davam etdirməyə çalışacaq. Bu dəfə ənənəvi taktikalarından əl çəkərək, yeni mexanizmlərlə hərəkət edəcəkləri daha inandırıcıdır. Bir növ taktika dəyişdirəcəklər”.

Siyasi şərhçi hesab edir ki, bu taktiki dəyişiklik özünü əsasən ideoloji zəmində göstərəcək: “İndiyə qədər SEPAH çevrə ölkələrə dini ideologiya ilə nüfuz edərək, bir çox nəticələr əldə etməyə çalışıb. “Hizbullah”, “Həmas”, “Kətaib Hizbullah”, “Həşdi Şəbi”, “Zeynəbiyyun”, “Hüseyniyyun” və digər təşkilatlar da bu məqsədlə yaradılıb. Hədəflərdən biri şübhəsiz ki, Azərbaycan olacaq. Onsuzda biz hər zaman İrandakı rejiminin gözündə onun qatı “düşməni” olmuşuq. Bu yanaşma dəyişməyəcək. Əsas sual da budur ki, belə olan halda, SEPAH-ın bizlə bağlı planları nə ola bilər?”

Onun fikrincə, SEPAH Azərbaycana qarşı bir neçə təxribatlara cəhd edə bilər: “Bura kəşfiyyat işlərini genişləndirmək, “İsrail bazaları” axtarmaq, Zəngəzur dəhlizinə mane olmaq üçün destruktiv cəhdlər daxil ola bilər. Bir sözlə, SEPAH-ın regionda dinc oturmaq fikri yoxdur. Bir şərtlə ki, Qalibaf və komandası hakimiyyəti tam mənimsəyərsə, SEPAH-ın ləğvi və Müdafiə Nazirliyinə birləşdirilməsi qaçılmaz olacaq”.


Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR