İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyanın naziri canlı yayımda beyin qanaması keçirdi – Vəziyyəti ağırdır (VİDEO)

676 05.08.2025 18:44 Hadisə A A

Serbiyanın İctimai İnvestisiyalar naziri Darko Glisiç bu gün səhər saatlarında qatıldığı televiziya proqramında canlı yayım zamanı beyin qanaması keçirib.

Musavat.com xəbər verir ki, canlı yayım zamanı Glisiçin sol göz qapağını idarə edə bilmədiyi və nitqində ciddi çətinliklər yaşadığı müşahidə olunub.

Jurnalistlərin və texniki heyətin müdaxiləsindən sonra yayım dayandırılıb və nazir təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib. Həkimlər tərəfindən müşahidə altında saxlanılır.

Hadisə Serbiya ictimaiyyətində və media məkanında ciddi narahatlıq doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR