İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərfinaz Əliyeva VƏFAT ETDİ - FOTO

14846 26.11.2025 09:30 Ölkə A A

Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri, uzun illər bölgənin səhiyyə sistemində çalışmış Əliyeva Sərfinaz Alı qızı vəfat edib.

Sərfinaz Əliyeva 1957-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. O, 1974–1981-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb, daha sonra Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında internatura keçib.

1982–1990-cı illərdə Samux kənd xəstəxanasında həkim-pediatr, 1990–2010-cu illərdə isə həmin xəstəxananın baş həkimi vəzifəsində çalışıb. 2010-cu ildən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyət göstərirdi.

Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə göstərdiyi xidmətlərə görə dəfələrlə təltif olunmuşdu. Allah rəhmət eləsin.//Ajans.az

Sərfinaz Əliyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR