İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı İranı qorudu: İcazə verməyəcəyik!

1139 01.02.2026 14:38 Dünya A A

Səudiyyə Ərəbistanı ABŞ və İran arasında yaranmış gərginlik fonunda sərt bəyanat verib.

Musavat.com-un xəbərinə görə, Səudiyyə Ərəbistanı bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında hava məkanı və torpaqlarından istifadəyə icazə verməyəcək.

Bu addım ABŞ-nin bölgədəki hərbi seçimlərini ciddi şəkildə məhdudlaşdıran diplomatik mesaj kimi qiymətləndirilir.

Məlumata görə, şahzadə Məhəmməd bin Salman prezident Məsud Pezeşkianla telefon danışığında ölkəsinin hava məkanının və torpaqlarının İran əleyhinə əməliyyatlarda istifadə edilməyəcəyini vurğulayıb. O, həmçinin regional təhlükəsizlik və sabitliyin qorunması üçün dialoqun vacib olduğunu bildirib.

Xarici KİV-lərin analizlərinə görə, bu mövqe ABŞ-nin İrana mümkün hücum planlarını diplomatik və logistik baxımdan məhdudlaşdırır.

"Wall Street Journal" qeyd edir ki, həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ Vaşinqtona birbaşa mesaj verərək belə bir əməliyyat üçün hava məkanlarını açmayacaqlarını bildirib.

Mənbələr bildirir ki, Səudiyyə daxilində bəzi rəsmilər fərqli mövqedədir – İrana sərt cavab verməməyin region üçün təhlükəli nəticələr doğura biləcəyini qeyd edənlər də var.

Ekspertlər isə Ər-Riyadın bu addımının Orta Şərqdəki gərginliyin yalnız hərbi deyil, həm də diplomatik və strateji müstəvidə davam etdiyini göstərdiyini vurğulayırlar.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR